yüksək temperatur

ру высокая температура en high temperature de Hochtemperatur fr température élevée es alta temperatura it alta temperatura
yüksək keyfiyyətli polad, legirlənmiş polad
yüksək temperaturlu sistem
OBASTAN VİKİ
Temperatur
Temperatur (latınca temperatura — normal vəziyyət) və ya hərarət dərəcəsi — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir. Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır. Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və −273,15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır. Temperaturun mütləq sıfrını praktik olaraq almaq mümkün deyil. Temperatur yüksəldikcə entropiya artır düşdükdə isə entropiya azalır. Mütləq sıfırda entropiya sıfıra bərabərdir. Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Minimal temperatur
Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir. Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür.
Mütləq temperatur
Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Temperatur inversiyası
Temperatur inversiyası — hündürlüyə doğru qalxdıqca temperaturun artması. İnversiyanı iki tipə ayırırlar: bilavasitə yer səthində (inversiya qatının qalınlığı on metrlərlə) olan temperatur inversiyaları boş atmosferdə (inversiya qatının qalınlığı yüz metrlərlə) olan temperatur inversiyaları Temperatur inversiyası havanın vertikal yerdəyişməsinə mane olur və çiskin, duman, bulud və ilğımların yaranmasına imkan yaradır. İnversiya relyefin yerli xüsusiyyətlərindən çox asılıdır. Yer kürəsində ən böyük temperatur inversiyası qış dövründə Şərqi Sibir və Antarktidada müşahidə olunur.
Temperatur izotermiyası
Temperatur qradiyenti
Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. Temperatur qradiyenti şaquli və üfüqi qradiyent olaraq iki yere bölünür. Hər 100 m yüksəklikdən bir temperaturun dəyişməsi temperaturun şaquli qradiyenti (TŞQ) adlanır. TŞQ ilin fəsillərindən, sutkanın saatlarından(atmosferin yerüstü qatında) və yüksəklikdən asılı olaraq dəyişir. Orta hesabla TŞQ troposferdə 0,5–0, 60C/ 100 m təşkil edir. Temperatur yüksəklikdən asılı olaraq azaldıqda TŞQ müsbət, artdıqda isə mənfi olur. Temperatur üfüqi enliklərdən asılı olaraq deyişməsidir.
Temperatur şkalası
Mütləq temperatur şkalası-1848-ci il ingilis alimi Uilyam Kelvin Selsi şkalası -1742-ci il Anders Selsi Mütləq temperatur şkalasını ingilis alimi Uilyam Kelvin 1848-ci ildə ən aşağı temperaturu -273,15 C olan termometr şkalası təklif etmişdir.Bu temoeratur 0 K (sıfır Kelvin) ilə işarə olunur.Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0K-ya bərabər temperatur mütləq sıfır deyilir.0K-da atom və molekulların xaotik hərəkəti kəsilməlidir.Təcrübə göstərir ki, mütləq sıfır temperaturuna yaxınlaşmaq olar,ancaq ona çatmaq mümkün deyil. Selsi şkalasını 1742-ci ildə İsveç alimi Anders Selsinin şərəfinə adlandırılmışdır.Bu temoeratur °C (dərəcə selsi) ilə işarə olunur. İlk dəfə onun təklif etdiyi bu temperatur ölçü sistemininde-şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Orta aylıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.
Orta illik temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta illik temperatur orta aylıq temperaturların 12 aydakı ədədi ortasıdır. Bu temperatur ərazinin istilik miqdarı haqqında dəqiq təsəvvür yaratmır və temperaturun illik gedişini əks etdirmir. Digər tərəfdən orta temperaturlar, ekstremal temperaturlar barədə təsəvvür yaratmır ki, bu da kənd təsərrüfatı bitkiləri üçün xüsusilə vacibdir.
Orta sutkalıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq. Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.
Yüksək Sədaqət
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Yüksək sahil
Yüksək Sahil (isv. Höga Kusten) — İsveçin şimal-şərqindəki Angermanland əyalətində, Kramfors, Harnosand və Örnsköldsvik bələdiyyələrinin ərazisində yerləşən İvaniya körfəzindəki İsveç sahillərinin bir hissəsi. Bu buzlaqların əriməsi nəticəsində torpaq yüksəlir, buzlaqdan sonrakı qalxma və izostasiya hadisəsi burada aydın nəzərə çarpır. Son buz dövründən bəri bölgə qeyri-adi hündür uçurumları əhatə edən 300 metr artmışdır. Yüksək sahil İsveç, Fin Şimali Kvarken boğazı Dünya İrsi Mirasının bir hissəsidir. Bu gün Hoqa Kusten kimi tanınan ərazi tarixən Angermanland sahili kimi tanınmışdır. 1974-cü ildə Yüksək sahil termini ərazidə bir məlumat ilə əlaqələndirilmişdir. 2000-ci ildə YUNESKO bölgəni Dünya İrsi Mirasina daxil etmişdir. Yüksək sahil ərazisi, yer səthinin buzlu və quru sahələrini meydana gətirən mühüm proseslərin başa düşülməsi üçün əla fürsətlər verir. 2006-cı ildə Yüksək sahil Şimali Kvarken boğazı əraziləri ilə birləşdirildi.
Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yüksək İntibah
Yüksək İntibah — ənənəvi olaraq 1490-cı illərdən etibarən İtaliya İntibah tarixində bir dövr, Leonardo da Vinçinin Son Şam yeməyi freskasının meydana çıxma vaxtı və Florensiyada Lorenzo de Medicinin ölümü, 1527-ci ildə Roma tərəfindən imperator Çarlzın qoşunları tərəfindən talan edilməsindən əvvəl adı ilk olaraq alman dilində ortaya çıxdı (Hochrenaissance) XIX əsrin əvvəllərində sənət tarixçisi İoqam İoahim Vinkelman tərəfindən təqdim olunan rəsm və heykəltəraşlıqda "yüksək üslub" anlayışından irəli gəlir. Hal-hazırda, "Yüksək İntibah" adı akademik ictimaiyyət tərəfindən bədii inkişafın təhlilini sadələşdirmək, tarixi kontekstə məhəl qoymamaq və yalnız bir neçə seçilmiş sənət əsərinə yönəltmək üzündən şübhə ilə qəbul edilir. Yüksək İntibah adətən, Roma Papası II Yuliyin dövründə İtaliya şəhərlərində, xüsusən Papa Dövlətlərinin paytaxtı Romada bədii yaradıcılığın müstəsna yüksəlişinin nisbətən qısa 30 illik dövrünə aiddir. Yüksək İntibah dövrünün başlanğıcı və sonu tarixləri bir-birindən fərqlənir və ümumiyyətlə ən məşhur nümayəndələrin — ilk növbədə Leonardo da Vinçi, erkən Mikelancelo və Rafael Santinin yaranma vaxtını başa düşürlər.Yüksək İntibah dövrünün təsviri sənəti klassik ənənəyə vurğunu yeniləmək, himayəçilik institutunu genişləndirmək və sonradan manyerizm üslubu adlandırılan təsvir texnikalarının tədricən ortaya çıxması ilə İntibah dövrünün ümumi mədəniyyətindən fərqlənir. Corco Vazarinin təklif etdiyi sənət tarixinin modelinə görə, Fra Bartolomeo və ya Mariotto Albertinelli kimi daha az əhəmiyyətli sənətkarlar kompozisiya və qüsursuz texnikanın harmoniyası üçün hələ də yüksək qiymətləndirilən sənət əsərlərini yaratdıqları zaman Yüksək İntibah yaradıcı dahinin partlayışı hesab edildi. Mikelancelo və Rafaelin vatikan əsərlərinin nümunəsində Yüksək İntibah dövrünün təsviri sənətinin əsas xüsusiyyətlərini — iddialı tərəzi yüksək kompozisiya mürəkkəbliyi, insan orqanizmini yaxından araşdırmaq, klassik antik dövrlərə aid ikonoqrafik və bədii istinadlar ilə birləşdirmək olar. Son illərdə sənət tarixçiləri Yüksək İntibah dövrünü bir dövr deyil, bir istiqamət olaraq xarakterizə etdilər — XV əsrin sonu — XVI əsrin əvvəllərinə aid sənətə bir neçə eksperimental yanaşmadan biri, bunları mühafizəkar kimi şərh etmək olar; gözəlliyin yeni qavrayışı kimi; dövrün ədəbi dəbi ilə əlaqəli eklektik təsvirlərin sintezi kimi; görüntülərin yeni şərhləri və mənaları kimi izah olunur. Алпатов М. В. Высокое Возрождение // Всеобщая история искусств. II. Искусство эпохи Возрождения и Нового времени. М.—Л.: Искусство.
Yüksək fentezi
Epiz fentezi və ya yüksək fentezi — fentezinin quruluşunun epik təbiəti və ya personajlarının, mövzularının və ya süjetinin epik boyu ilə xarakterizə olunan altjanrı. "Yüksək fentezi" termini 1971-ci ildə yazdığı "Yüksək fentezi və qəhrəman romantikası" adlı essesində ortaya çıxmışdır. Epik fentezi adətən mövzuları və verdiyi mesajları ilə müəyyən edilir. Xeyir və şər epik fentezidə ortaq amildir və şərin xarakterini müəyyən etmək çox vaxt epik fentezi əsərində vacib mövzudur. Xeyir və şər məfhumunun əhəmiyyəti epik fentezi ilə qılınc və sehr arasında fərqləndirici əlamət kimi qəbul edilir. "Fantasy Genre Lecture"—A paper by Michael Joseph discussing high fantasy and referencing Alexander's theories, via Rutgers' School of Communication and Information.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Yüksək texnologiyalar
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Yüksək keyfiyyət
Yüksək keyfiyyət (ing. High Fidelity) — 2000-ci ildə ekranlara çıxan romantik komediya filmi. Rob Qordon otuz yaşlarında albom mağazasında işləyən bir kişidir. O, bu yaxınlarda sevgilisi Loranın münasibətlərinə son qoyması ilə daha bir ayrılıqla üzləşib. Rob niyə münasibətlərdə həmişə bəxti gətirməyən tərəf olduğu ilə maraqlanır. O, cavab əldə etmək üçün keçmiş sevgililərinə üz tutur və Loranı geri qazanmağa çalışır. John Cusack — Rob Gordon Iben Hjejle — Laura Cek Blek — Barry Judd Todd Louiso — Dick Ketrin Zeta-Cons — Charlie Nicholson Lisa Bonet — Marie DeSalle Sara Gilbert — Anaugh Moss Chris Bauer — Paul Lili Taylor — Sarah Kendrew Joan Cusack — Liz Tim Robbins — Ian "Ray" Raymond Joelle Carter — Penny Hardwick Chris Rehmann — Vince Ben Carr — Justin Natasha Gregson Wagner — Caroline Fortis Drake Bell — gənc Rob Gordon Brüs Sprinqstin — özü (kameo) Ian Williams — mağazadakı adam (kameo) Al Johnson — mağazadakı çox bilmiş High Fidelity — Internet Movie Database saytında.
Yüksək Dəqiqlikli Televiziya
Yüksək Dəqiqlikli Televiziya ing. High Definition Television(qısaca HDTV) — ənənəvi TV yayım standartlarından (PAL, SECAM, NTSC) daha yüksək dəqiqlik təmin edənyayım standartı. 1983-cü ildə, ITU (International Telecommunication Union) altındakı radiokomunikasya sektoru (ITU-R) bünyəsində tək bir beynəlxalq nəşr standartı inkişaf etdirmək üzrə bir iş qrupu (IWP11 / 6) quruldu. Standart heç bir zaman sonuçlandırılamamış olmaqla birlikdə ITU-R BT.709–2 ("Rec. 709") nömrəli ITU-R tövsiyəsi 16:9 şəkil nisbəti ilə birlikdə 1080i (1,080 sətir-interlaced) və 1080p (1,080 sətir-progressive) formatlarını təyin . Ancaq standartın təyin olunması dərhal həyata keçirilməsinə gətirmədi. İlk ticarət HDTV sınaqları standart-keyfiyyətli nəşrlərin 4 qatı band-genişliyi tələb edirdi. Band-genişliyini SDTV (Standard Definition TV) 'nin 2 qatına salan səylər belə onun peyk xaricində bir mühitdə istifadə təmin edə bilmədi. Əlavə olaraq HDTV nəşrlərin çıxarılması və qeyd edilməsi də ilk zamanlar texniki baxımdan meydan oxumaydı. 2000-ci illərdə sıxışdırma alqoritmləri üçün ehtiyac duyulan prosessor güclərinin və yığma qabiliyyətlərinin artmasıyla HDTV ticari olaraq tətbiq oluna bilər və qar gətirən bir hal almışdır.
Yüksək Etimad (1975)
Yüksək Texnologiyalar Parkı
Yüksək Texnologiyalar Parkı MMC- innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi. Yüksək Texnologiyalar Parkı — "YTP" Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. "YTP"-nin fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı — "YTP" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı şəhəri, Pirallahı rayonunda 50 ha torpaq sahəsi Cəmiyyətə ayrılmışdır. "Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı oldu. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda Azərbaycanda "Qara qızılın" insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, "Yüksək Texnologiyalar Parkı"nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. Texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.
Yüksək alman dili
Yüksək alman dili (alm. Hegschtalemannisch‎) —İsveçrə alman dilinin yazı dili, alman dilinin bir hissəsi hesab olunur. Aşağı Saksoniya yüksək alman dilinin danışıldığı regionlardan biridir. İsveçrədə danışılan alman dialekti qrupuna ümumiyyətlə İsveçrə alman dili deyilir. Bununla belə, yazılı ünsiyyətdə və televiziya və radio verilişlərində standart yüksək alman dilindən istifadə olunur.